Ölkə

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi

26 Dekabr 2019 11:21
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərarın indiyədək olan variantına əsasən, dövlət reyestri qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğvetmə prosesində olması, ləğv edilməsi, eləcə də siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlardan ibarətdir.

Yeni qərarla isə bu məlumatların sırasına məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi barədə də məlumatlar əlavə edilib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qnununa əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurum barəsində yeni məlumatlar - qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair, hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar əks etdirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.