Ölkə

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

26 Dekabr 2019 10:04
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4 faiz artaraq 709,8 milyon manat təşkil edub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tikinti kərpicinin istehsalı 38,1 faiz, tikinti əhənginin istehsalı 48,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,1 faiz artıb, sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,3 faiz, tikinti gipsinin istehsalı 66,5 faiz azalıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 686,8 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 82,4 faiz artım, metallurgiya sənayesində 11,7 faiz azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 20264,6 ton (2,2 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.