Ölkə

Həkim: "Oqtay Gülalıyevin komadan ayılma ehtimalı çoxdur" - FOTO

19 Dekabr 2019 18:27
Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün atam Oqtay Gülalıyevin EEG müayinəsi üçün həkim Bülent Kahyaoğlu gəlib. O, atamın komadan ayılma ehtimalının çox olduğunu deyib. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığı üçün zamana ehtiyacımız var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu O.Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün "Facebook" səhifəsində yazıb.

O, "Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa açmaq istəyib"- deyə əlavə edib.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Hazırda onun müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə Amerikan Xəstəxanasında davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.