Ölkə

Ağstafada evdən qaçan qız Bakıda GÖRÜN HARADAN TAPILDI

18 Dekabr 2019 11:14
6 Şərh     Baxış: 12 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa rayonunda evdən qaçan qız Bakıda tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Dağ kəsəmən kəndində baş verib.

Kənd sakini Əsgərov Mehman Telman oğlu polisə ərizə ilə müraciə edərək bildirib ki, qızı, 1991-ci il təvəllüdlü Əsgərova Nigar Telman qızı yaşadığı evdən çıxaraq itkin düşüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, N. Əsgərova sağ-salamatdır və Bakıda xalasının evindədir. N. Əsgərova polisə müraciət edərək bildirib ki, o Bakıda xalası Kəmalə Hümbətovanın evindədir və heç bir şikayəti yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.