Ölkə

Azərbaycanda xizək mövsümünə start verildi

14 Dekabr 2019 13:39
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şahdağ" Turizm Mərkəzində xizək mövsümünə start verilib.

Milli.Az Trend-ə istinadən əbər verir ki, bununla əlaqədar Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzinə KİV nümayəndələri üçün press-tur təşkil olunub.

Press-tur çərçivəsində media nümayəndələri "Şahdağ" Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri - 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.