"Nüranə deyirdi ki, namaz qılıram, sakit durun, yoxsa sizi dağlayacam"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gündür ögey ananın iki azyaşlıya işgəncə verməsi ictimaiyyətin qəzəbinə səbəb olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, anaları körpəykən vəfat edən Qulu və Hüseyn Kazımov qardaşları analığın və atanın onlarla qəddar davranıçlarından danışıblar.
Ögey anasının döydüyü, işgəncələrə məruz qalan 6 yaşlı Qulu əsasən qardaşı Hüseynin daha çox işgəncələrə məruz qalmasını və Nuranənin hansı səbəblə onları döyməsini bu sözlərlə ifadə edib:
"Nuranə bıçağı qızdırıb, qardaşım Hüseynin ayağına dağ basmışdı. Deyirdi, mən namaz qılanda səs eləməyin. Hüseynin əlini deşib duzlu suya basır, əlinə duz tökürdü. Yemək yeyəndə ağzımıza istiot tökürdü. Bütün bunlardan atamızın da xəbəri vardı. Deyirdi ki, yaxşı edir sizi döyür.
Hüseyni ördəkləri saxladığı hində taxtadan ayağından başı aşağı asırdı. Mən açıb evə gətirib stolun altında gizlədirdim. Bizə yemək də vermirdilər, ac qalırdıq. Yemək istəyəndə ağzımıza istiot tökürdülər. Verdikləri çiy kartof idi. Yeyib qaytarırdıq. Özləri yemək yeyəndə isə bizi üzü divara ayaqüstə saxlayırdılar ki, rahat yesinlər".
Qeyd edək ki, Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Ata həbs edilib, analıq isə polis nəzarətinə götürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
XƏBƏR LENTİ
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı





