Ölkə

Xalq artisti Yalçın Əfəndiyev vəfat etdi

10 Dekabr 2019 11:47
0 Şərh     Baxış: 3 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dünyasını dəyişib. 

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 82 yaşlı rejissor bu gün vəfat edib. 

Y. Əfəndiyevlə vida mərasimi bu gün 15:00-da Təzə Pir Məscidində keçiriləcək. Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri emalatxanasının bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.

Sənədli filmləriylə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.