Ölkə

Etibarnamə ilə bağlı yenilik: Sənədləşmə 5 dəqiqə ərzində həll olunacaq

20 Noyabr 2019 17:16
0 Şərh     Baxış: 3 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyət göstəriləcək.

Milli.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq:

"Vətəndaş avtomobillə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Sistemdə vətəndaşın adına olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə bilinəcək. Ödəniş edildikdən sonra məlumatlar avtomotik olaraq Dövlət Yol Polisinə gedəcək". (metbuat.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.