Ölkə

Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ - FOTO

20 Noyabr 2019 16:54
34 Şərh     Baxış: 21 941

Bir həftədir bir-birinin ardınca tanınmış teleaparıcı Elçin Əlibəyli ilə bağlı mənfi xəbərlər medianın gündəmindən düşmür. Gah aparıcının televiziyadan qovulduğunu yazırlar, gah da həyat yoldaşı tərəfindən döyüldüyünü. Nə baş verir?

Milli.Az bildiri ki, Baku.ws bütün bu suallara cavab tapmaq üçün E.Əlibəylinin xanımı Dilrubə Vaqifqızı ilə müsahibə edib:

- Dilrubə xanım, həyat yoldaşınızla bağlı hər gün yeni xəbər yazılır və sizin də adınız hallanır. Nə baş verdiyini izah edə bilərsinizmi?  

- Əslində Elçin də, mən də dünəndən yetərincə açıqlama vermişik. Araşdırırıq görək bu olmayan şeyləri kim və hansı məqsədlə yayır. Kərim kimilərin söylədikləri, Space TV-dən qovulma məsələsi təbii ki, şərdir. Mən dünən - bu söhbətdən, yəni yalançı döyülmə xəbərinin yayılmasından 1 saat əvvəl Bakıya gəlmişəm. Bu axşam elə Elçinlə bərabər İstanbula uçuruq. Haradasa 20 günlük telefonlarımızı söndürəcəyik. Bu məsələ artıq bizim üçün mənasızlaşıb. Axşamdan o xəbərlərə və yazılan şərhləri oxuyub gülürük.

- Elçinin Space TV-dən qovulma xəbəri də yalandır?
-Əlbəttə! Mən Bakıya çatanda Elçin çəkilişdə idi. Gələndə də mənə demişdi ki, saat 12-də çəkilişi var. Bakıya çatanda zəng vurub soruşdum ki, sən Space-dən çıxmısan? Dedi ki, nə danışırsan, veriliş çəkirəm. 

- Bəs bu döyülmə məsələsi nədir?
- Mən ümumiyyətlə İstanbuldayam. Biz özümüz də məəttəl qalmışıq, bunu necə edə bilərlər? Şayiə var, yalan var, daha bu qədər də yox! Bizimlə nə qəsdi-qərəziniz var? Yaxşı ki, mənim orada olmağımı təsdiqləyən azərbaycanlılar var. Orada dəqiqəbədəqiqə danışdığım azərbaycanlı dostlarım təsdiqləyər ki, mən Bakıya o xəbər yayılandan sonra gəlmişəm. Yaxşı ki, İnstagram-da İstanbuldan "story"lər paylaşmışam. Dostlarım dünəndən yazırlar ki, sənin əlin İstanbuldan Bakıya çatır? İnanın ki, gülürük. Bu media niyə bu gündədir?

- İstanbulda magistr təhsili aldığınızı bilirəm. Elçin bəy bu ayrılığa necə razı oldu?
- Zatən biz İstanbula köçürük. Axırıncı dəfə Bakıya oktyabrın 20-də gəlmişdim və 5 gün burada qaldım. Sənədlərə görə mənim gəlməyim şərt idi. Magistraturada dərslər həftədə 2 gün olur. İmtahan dönəmini başa vurub Bakıya rahat gələcəkdim. Dekabrın 5-i Elçinin, 7-i mənim doğum günümdür. Doğum günlərimizdə burada olacaqdım. Daha sonra 1-ci semestri başa vurub, yanvarın 20-dən sonra Bakıya gəlib, Türkiyəyə bərabər geri dönməyi planımız vardı. Vardı deyəndə, o fikir yenə də var. Biz verilişi yanvarda yekunlaşdırmağı və Elçinlə bərabər Türkiyəyə köçməyi planlaşdırmışıq.

- Siz təhsil alırsız, bəs Elçin bəy orada nə edəcək?
- Zatən orada iki universitetdə çox məmnunluqla Elçini hoca kimi, akademik kimi görmək istəyirlər. Kimdən istəyirsiz soruşun, biz hər zaman bir yerdəyik. Biz bir-birimizə necə dəstək olduğumuzu hamı bilir. Hətta verilişi yanvarda bağlamağı planlaşdırmışıq. Elçin buradan və verilişdən getmək istəyini 3-4 həftə öncə efirdə bəyan edib. Deyib ki, ailəmi yola salmışam, özüm də gedirəm. Biz hara getsək bir yerdəyik, möhkəmik. Mən İstanbuldayam, yazmağa başqa bir şey tapmadız? Bu media niyə bu vəziyyətdədir?

- Axı döyülmə xəbəri polis bölməsinə istinadla yazılıb.
- Bölməyə getdik, dedilər ki, bizdən belə bir xəbər çıxa bilməz. Özləri də dedilər ki, sizə nə isə tələ qururlar, qaralama kampaniyası başlayıblar. Biz özümüz də anlaya bilmirik nə məsələdir. Bu ancaq sırf şəxsiyyəti gözdən salmaq məqsədi güdür, bunun başqa adı yoxdur. Bu adam kimdirsə, əvvəl-axır tapacağıq.

- Magistraturada hansı ixtisas üzrə təhsil alırsız?
- Televiziya, radio və sinema bölümündə oxuyuram. Mənim televiziyaçılıq ixtisasına yiyələnməyimə birlikdə qərar vermişik. Özü mənə deyib ki, get oxu, televiziyaçılıq ixtisasına yiyələn. Bu işin peşəkarına çevril, diplom mütləq lazımdır. Orada müəllimlərimə belə deyirəm ki, sizin tapşırıqlarınızı həyat yoldaşımın kitablarından oxuyuram. Müəllimlərim mənə deyirlər ki, sənin qocanı çok merak ediyoruz. Elçinlə görüşmək istəyirlər. Mənim təhsil aldığm universitetdə və digər iki universitetdə Elçini müəllim kimi görmək istəyirlər. Çünki Elçinin CV-ni göndərmişəm, rus, erməni, alman dili bilikləri var.

- Demək həqiqətən də Azərbaycanı tərk edirsiz...
- Biz karyeramızı, gələcəyimizi düşünürük. Məqsədimiz budur ki, magistrı bitirdikdən sonra təmamilə köçüb orada yaşayaq. Mən ya televiziyaların birində çalışaram, ya da akademik təhsilimi davam etdirərəm. Özümü orada hansı formada sübut edəcəm, hələ bilmirəm, amma Elçin orada dərs demək istəyir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

34 Şərh:

  • Anonim
    . · 20 Noyabr 17:13383

    Bu kimdi e. Gunde biri cixir gobelek kimi. Cox lazimdi elcin harda iwdiyecey) oz programinda camati ele salirdi ki "acig geyimde selfi elyib paylawirlar hara gedir bizim gencliyimiz" noldu indi oz yoldawi tipa top model zaddi her pozada wekil cekib paylawib oz yoldawina vererdi de bu "agillari" camata agil verirdi. Dogurdan da kimde ne yoxdusa ondan daniwir hemiwe

    Cavab yaz
  • Anonim
    AZTR · 20 Noyabr 17:46241

    onlar oraya göçsün bizde burada müğənni Afət Fərmanqızının ötən ay abort etdirdiğini deqqileştirelim..

    Cavab yaz
  • Anonim
    kate · 20 Noyabr 17:47106

    qəşəng, maraqlı görünüşü var. seriala belə çəkilə bilər.

    Cavab yaz
  • Anonim
    Famil · 20 Noyabr 17:47282

    Həqiqətən bunun özü xalqnan məzələnir,xalqa ağıl öyrətmək istəyir.O ağıldan bir azda evindəkinə ver.Ayağını qaldırıb şəkil cəkdirir.

    Cavab yaz
  • Anonim
    Oxucu · 20 Noyabr 17:4788

    Qəşəng xanımdı, əsil televiziyaya yararlı simadır. Elçin yəqin ki, getməyi ilə bağlı deyəcək ki burda qədrimi-qiymətimi bilmədilər. Bəs birinci arvadı və qızı necə olacaq, o biri övladını kimin ümidinə qoyub gedir?

    Cavab yaz
    • Anonim
      AA · 21 Noyabr 11:3310

      HE BU IKINCI ARVADIDI? ELCININ CINBALA ADLI QIZI VAR IDI BALACA. O HANI INDI GOREN))

      Cavab yaz
  • Anonim
    Alimardan · 20 Noyabr 17:55133

    yalan deyir, doyub boynuna almir. Elcine komek komitəsi yaradılmalidir, onu bu zulmkar gadinin əlindən xilas elemwk lazimdir. sonra gec ola biler. "kişi" siginacagi buna gore lazim idi.

    Cavab yaz
  • Anonim
    T · 20 Noyabr 18:02270

    Elcin verlisinde coxunun geyimini ozunu ele salir.Bu arvadina evvce geyinmeyi oyretsin sonra camaata agil versin.

    Cavab yaz
    • Anonim
      Jale · 20 Noyabr 22:2481

      Sizce,bu arvada soz demek olar?Inanmiram

      Cavab yaz
  • Anonim
    Alina · 20 Noyabr 18:31171

    Savadını deyə bilmərəm yaxşı soyunub poz verirsən elə lap teleulduz olacaqsan belə davam etsən yağın bu kompanyanıda sənin reklamın üçün özünüz düzüb qoşmusunuz axı səni necəsə gün üzünə çıxarmaq lazım idi

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 20 Noyabr 18:43131

    Şərhə qətiyyən ehtiyac yoxdur ! ...

    Cavab yaz
    • Anonim
      Kimsə · 20 Noyabr 21:2622

      Ama mənə sizin şərhiniz maraqlı olardı.

      Cavab yaz
  • Anonim
    AAAA · 20 Noyabr 19:0191

    guya Elçine baxır da bu

    Cavab yaz
  • Anonim
    Anonim · 20 Noyabr 19:4955

    Amma oz aramizdir, chox seksi gizdir ha. Chox gozeldir, esil kinozvezdadir. Dogrudan da cazibedardir. Min adamin ichinde sechilen gizdir.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 20 Noyabr 19:50612

    Qəşəng qadındır...Sözsüz ki,efirdə,hələ Space TV kimi az izlənən kanalda veriliş aparırsınızsa,reyting xatirinə çox şey etməlisiniz.Bir iki dəfə baxmışam verilişinə,onlarda da,qonaqlar əsasən gənc şairlər,yazarlar olub deyə maraqla izləmişəm.Belə isə,savadlı jurnalistdir Elçin bəy.

    Cavab yaz
  • Anonim
    Karandaş · 20 Noyabr 19:59310

    Bunun qayınanası,yəni Elçinin və Oktayın anası ,həmçinin Dilarənin qaynanası,Az qalır 5 gəlin verilişində xalxın qızının basıb gözünü çıxara.Guya bu tələbkar qaynanadı,bunun gəlini işgüzar ,Abırlı,söz götürən ,lal dinməz olmalıdı.Heç öz gəlinlərinə söz keçirə bilməyir,adam yerinə qoymurlar,başqalarına guruldayır.

    Cavab yaz
    • Anonim
      Haqlısız · 20 Noyabr 20:2330

      Mən də "5 gəlin" ə hər dəfə baxanda qaynananın haqsızlığını görüb taa baxmıram. Çox ədalətsiz verilişdi

      Cavab yaz
  • Anonim
    Anonim · 20 Noyabr 20:07112

    Elçin özü lağ eliyir hamıya bu əməlli başlı soyunub pozlarina bax bir

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Noyabr 20:1682

    Kamran Hesenli kimi elimi yelliyim Rek-lam-larrrr Bu da efire gelmekkk ucunnn behanediii Deyir esi neslim zebt edib menden qalib ne olacaqqqq Gel deee gelll dahaaa buuu hoqqqa nəyə ve kimə lazimdiiii??

    Cavab yaz
  • Anonim
    asi · 20 Noyabr 20:2846

    Doğru olan bir şey var, o da xanımın effektli olmasıdı.. Qalan hər şey yalan da ola bilər, düz də)..

    Cavab yaz
  • Anonim
    Kimsə · 20 Noyabr 21:2563

    Tərtər ğözəli, cakma Bergüzar Korel:)). Görən burnunu kimə remont elətdirib. Bir az vulqar görünüşü var. Ama yaxşı aktrisa olar. Elçin erməni dilini harda öyrənib görən? Məlumatı olan var?

    Cavab yaz
  • Anonim
    Jale · 20 Noyabr 22:2323

    Allah bunun qaynanasina sebr versin! Ele ,tezlile turkiyeye kochse,yaxshidir.

    Cavab yaz
  • Anonim
    ! · 20 Noyabr 22:53104

    Bir gün tanınmış şairlərdən biri öz xanımı ilə küçədə rəhmətlik Hüseyin Arifə rast gəlir. Qadının biabırçı geyimi Hüseyin müəllimə xoş gəlmir və şairə üzünə tutub deyir, ,, bu pozgun kimdi yanında?". Şair də cavab verir ki, Hüseyin qaga bu mənim arvadımdır. Hüseyin qagası da qayıdır ki, -,, baa, deyirəm axı pozguna oxşayır"). Allah hər ikisinə rəhmət eləsin!

    Cavab yaz
    • Anonim
      Kimsə · 21 Noyabr 12:0631

      :))))) şərhsiz

      Cavab yaz
      • Anonim
        ! · 21 Noyabr 14:5630

        Mənim xəttimi hamı tanıyır, ona görə imzasız yazdım)

        Cavab yaz
  • Anonim
    Men · 21 Noyabr 00:1013

    Yazıq kişi bu qadın niye beledi gören

    Cavab yaz
  • Anonim
    Dik Söz! · 21 Noyabr 09:2744

    Bunun da arvadını tanımış olduq. Tay belə razmerinə qədər! Bəs Qarabağı nə vaxt alırıq millət?!

    Cavab yaz
    • Anonim
      Kimsə · 21 Noyabr 12:1070

      Belə getsə heç vaxt:(((. Hamı Almaniyada, bəziləri də gedir Turkiyəyə. Day kim qaldı? Mən tək başıma ala bilmərəm:( .ermənicə də bilmirəm. Heş zad

      Cavab yaz
  • Anonim
    ekspert · 21 Noyabr 10:0503

    Dogrudan cəzbedici aləmi var bunun.Gələcəyi parlaqdır.

    Cavab yaz
  • Anonim
    AA · 21 Noyabr 11:3212

    YADIMA GELIR 2002-CI ILLER IDI O VAXT BU CUTLUYUN CIN BALA ADLI SHIRIN BIR QIZLARI VAR IDI. YEQIN INDI BOYUYUB YEKE QIZ OLUB. ONU GORMEK ISTERDIM. AMA XEBERLER ARASINDA OXUYURAM O QIZ BAREDE NESE YAZAN YOXDU.

    Cavab yaz
    • Anonim
      Kimsə · 21 Noyabr 12:0540

      Qızı birinci nigahdandır. Bu xanım səhv eləmirəmsə 1993 doğumludu. Yəni 2002 də 9 yaşı olub:))

      Cavab yaz
  • Anonim
    Kimsə · 21 Noyabr 12:1340

    Sualıma cavab verən olmadı:(( . Elçin bəy ermini dilini hardan bilir?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Noyabr 13:4680

      Men cavab yazdim amma O, vermədi :)))))))))

      Cavab yaz
      • Anonim
        Kimsə · 21 Noyabr 19:0210

        Ehhh heyif. Yenə də sağ olun cavab yazdığınız üçün.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.