Ölkə

"VAZ-21099"dan 2 tüfəng və patronlar tapıldı

18 Noyabr 2019 15:05
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağcabədi rayonunun Taxta körpü qəsəbəsi ərazisində qanunsuz ov edən rayon sakinləri T.Süleymanov və Ə.Mirzəyev Laçın RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

T.Süleymanovun idarə etdiyi "VAZ-21099" markalı avtomobilə baxış zamanı 1 ədəd "İJ-58" markalı və 1 ədəd "Laurona-710" markalı ov tüfəngləri, 34 ədəd patron və 7 ədəd ovlanmış turac quşu aşkar edilərək götürülüb.

Bununla yanaşı, noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edib noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.