Zəlzələ nəticəsində Astarada dağıntı və tələfat olubmu? - İcra başçısının müavini açıqlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gecə İran ərazisində baş verən zəlzələ nəticəsində Astara rayonunda hiss edilən təkan qeydə alınsa da, hər hansı dağıntı və tələfat baş verməyib".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.
Onun sözlərinə görə, zəlzələdən sonra icra hakimiyyətinə binalarda çatların əmələ gəlməsi, tələfatın qeydə alınması ilə bağlı heç bir müraciət daxil olmayıb: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, məktəblərdə tədris var, heç bir problem yoxdur. Hazırda bizim hiss edə biləcəyimiz təkan da qeydə alınmır".
Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.
Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə bildirib ki, bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir. Onun sözlərinə görə, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb





