Ölkə

Azərbaycana narkotik keçirməyən istəyən Türkiyə vətəndaşı tutuldu

6 Noyabr 2019 21:20
0 Şərh     Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomobili ilə gələn Türkiyə Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. "Lyama" ləqəbli kinoloji xidməti itin sürücüyə verdiyi reaksiya nəticəsində onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.