Ölkə

Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb - AQTA

29 Oktyabr 2019 13:06
2 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 9 ayı ərzində 24 000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, 16 müraciətə karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı imtina verilib:

"Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib".

S.Rüstəmli əlavə edib ki, ilk 9 ay ərzində 19 997 qida təhlükəsizliyi sertifikatı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.