Komitə sədri: "Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir:
"Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifət, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik. Bir müddət əvvəl "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilib. Bu qanunda bir sıra vacib məsələləri, o cümlədən sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasında mövcud olan məhdudiyyətlərdir. Biz onları götürərək milli qanunvericiliyə köçürmüşük".
Ə.Hüseynli vurğulayıb ki, hüquq-mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar: "Təəssüflər olsun ki, Avropa Birliyi özünün qeyri-adekvat mövqeyini nümayiş etdirib. Avropa Birliyinə üzv olan ölkələr Fransa və İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbr və təmkinlə, qanunauyğun davranış nümayiş etdirib".
Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb: "Hesab edirəm ki, xarici işlər orqanlarımız xarici ölkələrin burada akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu, yolverilməzdir. İctimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı





