Ölkə

Deputat: "Məişət zorakılığına qarşı hər kəs mübarizə aparmalıdır"

8 Oktyabr 2019 14:36
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məişət zorakılığına qarşı siyasilər deyil, hər kəs mübarizə aparmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında deyib:

"Özünü ana müxalifət adlandıran partiyanın üzvünün ailəsində uzun illərdir ki, problemin olduğu aşkara çıxdı. Nə qədər ki, cəmiyyətdə bu cür hadisələrə biganəlik olacaq, belə hadisələr davam edəcək".

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında 14 məsələ müzakirəyə çıxarılıb. Onlardan biri də "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.