Ölkə

Prokurorluq "Range Rover"lə qəza törədən polis əməkdaşının həbsini tələb edir

10 Sentyabr 2019 16:14
0 Şərh     Baxış: 1 408

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apellyasiya protesti verilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun həbs edilməsini istəyir. 

Həmçinin, məhkəmə hökmündən zərərçəkmişlər də apellyasiya şikayəti verərək, X.Məmmədovun həbs edilməsini tələb edirlər. 

Məhkəmənin ilkin baxış iclasında X.Məmmədovun anket məlumatları dəqiqləşdirilib. 

Növbəti proses sentyabrın 19-na təyin edilib. 

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin "Ford" markalı avtomobili toqquşub.

Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.