Paytaxtda avtoxuliqan saxlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəsimi rayonunda yol hərəkət iştirakçılarına təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
99 AM 356 dövlət qeydiyyat nişanlı, "Renault Tondar" markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Umud oğlu Babayev rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
O, idarə etdiyi avtomobilə başqa dövlət nömrə nişanı - 10 PS 510 nömrə nişanı vurmaqla idarə edib, hətta, bəzən nömrədəki "P" hərfinə rəngli yapışqanla müdaxilə edərək "R" halına salıb.
Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək, həmin gün oradan qaçmağa müvəffəq olub.
Lakin o, avqustun 21-də Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Umud oğlu Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub, eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu





