Ölkə

Ağstafada “KamAZ”-ın təkəri partladı - Ustanın gözü çıxdı - FOTO

19 İyul 2019 13:05
1 Şərh     Baxış: 1 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Böyük Kəsik kəndində usta işləyən 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu "KamAZ"-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ.Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ.Mehdiyevin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.