Dövlət büdcəsinə qalıq vəsaitlərin köçürülməsi qaydalarında dəyişiklik edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti dövlət büdcəsinə qalıq vəsaitlərin köçürülməsi qaydalarında dəyişiklik edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na dəyişikliklər edilib.
Qaydaya edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanılması hesabına təmin edilir.
Qaydaya edilən dəyişikliyə görə, ilin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. İndiyə qədər bununla bağlı müəyyən istisna hallar mövcud idi.
Dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi. Yeni qaydalarda isə bu istisna aradan qaldırılıb və həmin vəsaitlər də ilin sonuna vahid xəzinə hesabına köçürülməlidir.
Qaydanın hazırkı variantına görə, büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Maliyyə Nazirliyi tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilərdi. Yeni qaydalarda isə bu bəndlə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə uyğun olaraq, "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Güclü yağışlar bu yolu yararsız vəziyyətə saldı
-
İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq
-
Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
-
Qvardiolanın işləmək istədiyi yeri AÇIQLADI
-
Bu şəxslərə 37,1 mln. manat ödənilib
-
Dünya çempionu keçmiş "Qalatasaray"lı karyerasını BİTİRİR
-
Varlı adamın məzarından SƏRVƏT ÇIXDI - VİDEO
-
Bazar günü əsl yay havası olacaq
-
Arvadı iş yerində xəyanət üstündə TUTDU - VİDEO
-
Bakını içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq
-
Qayınana və kürəkən səmimiyyəti MÜZAKİRƏ YARATDI - VİDEO
-
Yeniyetmənin meyiti tapıldı
-
“Gözəlliyim çoxlarına DƏRD OLUB” - FOTOlar
-
Tabutda yatan meyit "DİRİLDİ": Video 35 milyon İZLƏNİB
-
Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib - FOTO
-
49 yaşlı Xalq Artisti makiyajsız VİDEOsunu yaydı
-
Qızını gəlin köçürən atanın reaksiyası DİQQƏT ÇƏKDİ - VİDEO
-
Yerə düşən Azərbaycan bayrağını qaldıran məktəbli mükafatlandırıldı - FOTO
-
“Nigar Camal da mənim qədər GÖZƏLDİR"
-
"Hyundai" 400 mindən çox avtomobili geri çağırır - SƏBƏB
-
"Fənərbağça"nın ulduzuna 22 milyonluq TƏKLİF
-
1394 nəfərin buraxılış imtahanı nəticəsi dəyişdirildi
-
Bəyin dostları toyda görün, NƏ ETDİLƏR - VİDEO
-
CHP qurultayı ilə bağlı əməliyyat: 13 nəfər SAXLANILDI





