Ölkə

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq

18 İyul 2019 13:20
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatları Şəki, Qax, Balakən və Zaqatala zonasında mövcuddur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Ticarət Şirkəti" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mayıs Musayev deyib.

M.Musayev bu layihədə iştirak etmək istəyən fermerləri də dəvət edib: "Bizim əməkdaşlar baxış keçirdikdən sonra fermer təsərrüfatın forması ilə bağlı məsləhətlər verəcək. Bunun əsasında fermer təsərrüfatını aqro ekoturizmə uyğunlaşdıracaq. Bundan sonra fermer təsərrüfatına turistlərin göndərilməsi nəzərdə tutulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.