Ölkə

İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib

16 İyul 2019 13:44
3 Şərh     Baxış: 1 707

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Duygu · 16 İyul 15:1800

    Rayonda işləmək istəyən müəllimlər üçün keçid balı neçədir? Bilən varsa yazsın zəhmət olmasa!

    Cavab yaz
  • Anonim
    cavab · 16 İyul 16:3100

    Çox sag olun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.