Ölkə

İRSİCA: Ksenofobiya dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir

11 İyul 2019 14:19
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qloballaşma dövründə ksenofobiya mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) Baş direktoru Halit Eren "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda deyib.

Onun sözlərinə görə, təhdidə meyl dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlıq, dialoq, əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır:

"Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Azərbaycan İslam dünyasının bir parçası olduğundan onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə Azərbaycanla bağlı olduğundan belə bir tədbirin Bakıda reallaşması məqsədəuyğundur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.