Akademik Taliya Xabrievanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnsan Hüquqları İnstitutunun akademikləri ilə görüşüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib.
Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d, professor Aytən Mustafazadə və Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, h.ü.e.d, akademik Taliya Xabrieva arasında "Elmi əməkdaşlıq haqqında" saziş imzalanmışdır.
Tərəflər insan hüquqlarının və azadlıqlarının qorunması, Konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi (terrorizm, kibercinayətkarlıq, korrupsiya, şəxsi məlumatların qorunması, ekologiya, dövlət təhlükəsizliyi), beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi və s. kimi sahələrdə qarşılıqlı əməkdaşlıq həyata keçirmək üçün razılığa gəlmişlər.
Taliya Yarullovna Xabrieva (Nasyrova) - Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Beynəlxalq Müqayisəli Hüquq Akademiyasının üzvü, hüquq elmləri doktoru, akademik, Rusiya Federasiyasının əməkdar hüquqşünası, Tatarıstan Respublikasının əməkdar vəkili, Avropa Komissiyasının hüquq yolu ilə Demokratiya Komissiyasının (Avropa Şurasının Venesiya Komissiyası) üzvüdür. O, 1996-cı ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda işə başlamışdır. 1996-cı ildən 2002-ci ilədək aparıcı tədqiqatçı, Konstitusiya hüququ nəzəriyyəsi sektorunun rəhbəri, İctimai Hüquq Mərkəzinin müdir müavini vəzifələrində çalışmışdır. Taliya Xabrieva 1997-ci ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda "Rusiya Federasiyasının Konstitusiyasının Şərhi: Nəzəriyyə və Təcrübə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elə həmin ildən başlayaraq o, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitet) professor kimi fəaliyyət göstərir. 1998-ci ildən 2001-ci ilədək - Dövlət katibi, Rusiya Federasiyasının federal işlər, milli və miqrasiya siyasəti nazirinin müavini vəzifələrini icra etmişdir. Həmçinin, o, Rusiya Federasiyasının 2-ci sinif etibarlı dövlət müşaviridir. Taliya Xabrieva 2001-ci ildən indiyədək - Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və müqayisəli hüquq institutunun direktoru kimi çalışır. Taliya Xabrieva ümumilikdə 300-dən çox elmi məqalənin müəllifidir.
H.ü.e.d, professor Rəşad Qurbanov və h.ü.e.d Ramin Qurbanovun redaksiyası və həmmüəllifliyi ilə hazırlanmış 3 cildli "Avropa və Avrasiya məhkəmə sistemləri elmi-ensiklopedik nəşr" kitabının ön sözü akademik Taliya Xabrieva tərəfindən yazılmışdır.
Qeyd edək ki, tədbirdə eyni zamanda, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktor müavini səlahiyyətlərini icra edən Kaşevarova Yuliya Nikolayevna, eləcə də Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri səalahiyyətlərini icra edən Belyalova Asiya Midihatovna da iştirak edirdilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
XƏBƏR LENTİ
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp





