Ölkə

Anar Bağırov: "Ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub"

10 May 2019 11:44
0 Şərh     Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda vəkilliyə böyük axın var, maraq böyükdür. Hətta dövlət orqanlarında işləyən gənclər də vəkilliyə qəbul üçün sənəd təqdim edirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, vəkillərin sayı artırılacaq və vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək.

A.Bağırov bildirib ki, ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub: "Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən daxil olub. Bəzi hallarda qərəzli məlumatlar yayılır ki, guya Azərbaycanda dövlət orqanlarının şikayəti əsasında vəkillərə qarşı təqib var, vəkillər xaric olunur və s. Vəkillər Kollegiyası hər hansı vəkili xaric etmək səlahiyyətinə malik deyil. Kollegiya bununla bağlı məhkəmədə yalnız iddia qaldırmaq səlahiyyətinə malikdir".

Kollegiya sədri qeyd edib ki, ötən il cəmi 6 vəkil Vəkillər Kollegiyasından xaric olub: "Onların 5 nəfəri 6 ay müddətdə üzrlü səbəb olmadan üzvlük haqqı ödəmədiyinə görə, 1 nəfər vəkil isə vətəndaşın şikayəti əsasında xaric edilib. Yəni 1 nəfər də olsun dövlət orqanlarının şikayəti əsasında xaric edilməyib. Buna görə də yayılan məlumatlar yalandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.