Ölkə

Fariz Namazlıdan Vəkillər Kollegiyasına şikayət olundu

4 May 2019 11:39
1 Şərh     Baxış: 1 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir vəkilin cəzalanması üçün Vəkillər Kollegiyasına şikayət olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə Penistensiar Xidmət vəkil Fariz Namazlıdan şikayət edərək onun cəzalandırılmasını istəyib. PX qeyd edib ki, F.Namazlı Qobustan qapalı həbsxanasına daxil olarkən yoxlama zamanı müəssisənin əməkdaşlarını təhqir edib.

Namazlı isə bu iddianı rədd edib və həmin anı əks etdirən videogörüntülərin təqdim edilməsini istəyib, lakin ona "videokameraların yaddaş qurğusu yoxdur" cavabı verilib.

VK-nın İntizam Komissiyası şikayətə Rəyasət Heyətinin iclasında baxılması haqda qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.