Ölkə

Zelenskinin Azərbaycan macəraları - VİDEO - FOTO

22 Aprel 2019 18:37
0 Şərh     Baxış: 5 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur şoumen Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi onun ölkəmizdə səfərdə olan zaman çəkdirdiyi fotoları da sosial şəbəkələrdə gündəmə gətirib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Zelenski Azərbaycanda iki dəfə səfərə gəlib. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə yanvarda qastrol məqsədilə olub. Belə ki, Qəbələdə keçirilən 12-ci Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalının musiqili qonaqlarından olan Vladimir Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da "Kvartal-95" yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusunun olduğunu da söyləyib.

Videonu izləmək üçün şəklə klikləyin:

Азербайджанские приключения Владимира Зеленского

Zelenskinin təəssüratlarından:

"Qobustan. Qayaüstü rəsmlər. Hər daşda tarix var. Görürsüz keçmişdə insanlar necə olublar? İncə və xoşbəxt". 

"Yeni il. Qəbələ. Uşaqlığımızdakı kimi şirin pambıq".



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.