Ölkə

Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib

8 May 2024 20:44
Baxış: 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış etdilər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verildi, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirildi.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirildi.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.