Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmenə qarşı daha bir ittiham!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Z.Hüseynzadə deyib ki, məhkəmədə zərərçəkmiş kimi tanınmış Kənan Rəsulova Avropa Yenidənqurma və İnkişaf Bankından məhsul yetişdirmək üçün kredit götürən zaman bank onun öz şirkətindən borc götürdüyünü bildirib:
"Kənan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə bağlayıb, 2 milyon manat kredit götürüb. Daha sonra o, həmin pulu öz-özünə borc verərək hər gün 100-150 min dollar hesabdan çıxarıb. Bank müəyyən etdi ki, bu şirkətlərin bir-birinə borcu var və bu onların standartlarına uyğun deyil. Kənan istintaq vaxtı guya sənədləri mənim saxtalaşdırdığımı deyirdi. O, ümumilikdə özünə 737 min dollar pul vermişdi".
Müttəhim vurğulayıb ki, kredit alındıqdan və parnik qurulduqdan sonra Kənan Rəsulov yalnız qazancdan pul götürə bilərmiş:
"Kənan Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı krediti özünə borc kimi götürüb. Bu məsələdə "Muğanbank" da qanunsuzluq edib. Çünki o, bankdan 30 min manatdan artıq pul çıxara bilməzdi. Bu işdə "Muğanbank"ın Bakı şəhərinin Xəzər rayon şöbəsinin rəhbəri də onunla əlbir olub".
Z.Hüseyinzadə deyib ki, Kənan Rəsulov Avropa Yenidənqurma və İnkişaf Bankına həyat yoldaşının maliyyə müdiri olduğu barədə tərcümeyi-halını göndərib. İstintaq zamanı tərcümeyi-halın saxta olduğunu, onu da müttəhimin saxtalaşdırdığını söyləyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, bank Kənan Rəsulova kredit verməmişdən əvvəl müəyyən tələblər qoyub. Buna görə də Kənan ondan borc istəyib.
Qeyd edək ki, "PKF Audit Azerbaijan" və "PKF Audit Consultinq" MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.
Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.
Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





