Ölkə

"Ərim fahişəlik etməyimi istəyirdi" - Bakıda ərini öldürən qadından ETİRAF

16 Aprel 2019 15:09
4 Şərh     Baxış: 3 874

Bakıda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə  hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub.

İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.
İstintaqa ifadəsində Vəfa Orucova törətdiyi cinayəti etiraf edib, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

Bu səbəbdən ər-arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edərək pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Seva... · 16 Aprel 15:5134

    Yalansa bawina daw duwsun senin. Ölünün dili yoxduki daniwsin.. Cixib gedeydin ele idise. Adam oldure bilirsense ,bunun altindan da cixa bileceksen. Vehwilewib insanlar. Qadin erin oldurur, er arvadin oldurur. Insan qalmiyib dsha

    Cavab yaz
    • Anonim
      SANTOS · 16 Aprel 16:0621

      vallah o qadin duz deyr men 16 yasim olardi saatlida kolec oxyrdum ,bizim kirayde qaldgmiz ev yiesi ,arvadi erinde deyrdi get cork qazan getr eve deyrdi get q ,,,) ele men niye corek getrmeliyeki, tsevr din kisi arvadina deyrki get q ele corek getr, 16 yasim olar soydum onnada heyatdan,her seyne nifret etdim

      Cavab yaz
  • Anonim
    Tam Maxfi · 16 Aprel 17:3531

    Elə polislərdə səninin nağılına inandılar.Sübut elə.Bəlkə adamın olub.Boynuva al.İşin yüngül olar.

    Cavab yaz
  • Anonim
    Weird · 17 Aprel 09:3230

    Hech inandirici gelmedi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.