Ölkə

Bakıda 16 yaşlı oğlanı ödürən 18 yaşlı gənc MƏHKƏMƏ ÖNÜNDƏ

13 Aprel 2019 12:35
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunun Hökməli qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 17-nə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.