Ölkə

Yol kənarı ilə gedən qadını maşın vurdu

16 Mart 2019 11:03
1 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qadını maşın vurub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təxminən 35-40 yaşlarda, şəxsiyyəti hələlik məlum olmayan qadın yol kənarı ilə gedərkən "Hyundai" markalı avtomobil tərəfindən vurulub. Sürücü qadını xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, qadının vəziyyəti ağırdır. 

Qeyd edək ki, sürücü Sabunçu polisi tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.