"Təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq" - Problemli kreditlərlə bağlı MÜSAHİBƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı fərmanla bağlı Oxu.Az-ın suallarını Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev cavablandırıb:
- Problemli kreditlərlə bağlı ölkə prezidentinin məlum fərmanı devalvasiyadan zərər çəkən həm bankların, həm də vətəndaşların maliyyə sıxıntılarının aradan qaldırılmasına kömək edəcək. Sizcə, hər iki tərəfə münasibətdə ədalət prinsipi nə qədər qorunub?
- 2018-ci ilin sonuna ölkə iqtisadiyyatına qoyulmuş kreditlərin tərkibində problemli kreditlərin payı 12.2% və ya 1 mlrd. 585 mln. manat təşkil edir. Azərbaycan prezidenti cənab İlham Əliyevin fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası tam başa çatdıqdan sonra prosesin problemli kreditlərin də azalacağına müsbət təsir edəcəyinə inanırıq.
Bu, eyni zamanda, banklar üçün də yeni imkanlar yaradacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, fərman daha çox sosial yönümlü bir sənəddir. Burada əhalinin həm problemli kreditlərinin faizlərinin silinməsi, əsas məbəğlərin çox güzəştli şərtlərlə qaytarılması üçün imkan yaradılıb, həm də devalvasiyalar nəticəsində onların borc yükündəki artımın kompensasiya edilməsi nəzərdə tutulub.
İlkin hesablamalar göstərir ki, əhaliyə ödəniləcək kompensasiyanın məbləği təqribən 670 mln. manat və onların problemli kreditlərinin silinəcək hissəsi isə təqribən 750 mln. manat həcmindədir.
Nəticədə, bu fərman ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq.
- Bu fərman iqtisadiyyatın və bank sektorunun inkişafında hansı rolu oynaya bilər? Banklarda yaranacaq əlavə likvid vəsaitlərin real iqtisadiyyata və kiçik, orta sahibkarlığa yönəldilməsi ilə bağlı gözləntilər nə qədər gerçəkdir?
- Fərmanda banklara 682 mln. manat güzəştli kreditin ayrılması, ödəniləcək kompensasiyalar hesabına müştərilərin banklarda olan problemli kreditlərinin əsas məbləğinin ilk növbədə ödənilməsi nəzərdə tutulub ki, bu da banklarda müəyyən qədər likvid vəsaitin yaranmasına səbəb olacaq.
Bu vəsaitlərin banklar tərəfindən, əsasən, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. Eyni zamanda, qeyd etmək istərdim ki, bu kreditlər verilərkən risklər daha dərindən qiymətləndiriləcək, məsuliyyətli kreditləşmə və məsuliyyətli borclanma prinsipləri əsas tutulacaq. Bu, həm bankların, həm də müştərilərin daha səmərəli və daha az riskli fəaliyyətini təmin edəcək.
- Açıqlamalara görə, dollar kreditləri üzrə aprelin 15-dən kompensasiyaların verilməsinə başlanacaq. Bildiyimizə görə, banklardan həmin dövr üzrə çıxarış alanların sayı minlərlədir. Yəqin ki, ödəniş prosesində hansısa suallar yaranacaq, bu sualları hansı qurum cavablandıracaq?
- Fərmana əsasən, on beş gün müddətində Maliyyə Bazarlarına Nəzarrət Palatası Mərkəzi Bank ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi qaydasını təsdiq edəcək.
Bundan sonra kompensasiyaların hansı qaydada ödənilməsi barəsində həm kütləvi informasiya vasitələrində və eyni zamanda, banklar tərəfindən də ictimaiyətə geniş məlumatlar veriləcək.
Beləliklə, vətəndaşlar bu proses haqqında kompensasiyaların verilməsinə başlanan zamana qədər geniş məlumatlandırılacaq. Əlbətdə ki, xüsusi halların olması istisna edilmir. Bu zaman isə müştərilər banklara müraciət edərək öz suallarına cavab tapa biləcəklər.
- Bağlanan banklar üzrə vaxtı keçmiş kreditlər üzrə məsuliyyəti ADIF daşıyacaq? Bu məsələlər necə kurasiya olunur?
- Hazırlanacaq qaydalarda bütün bu və digər məsələlər öz dəqiq həllini tapacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı





