Ölkə

Samir Şərifov: "Problemli kreditlərlə bağlı mexanizm hazırdır"

14 Mart 2019 12:00
Baxış: 1 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin tərəfindən verilən fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

S.Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır:

"Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.