Ölkə

SOCAR-ın işçisi dənizə düşərək ölüb

15 Fevral 2019 17:51
0 Şərh     Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

MPK-460" gəmisi "28 May" NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov "Nefteqaz-62" gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.