Fermerlər üçün YENİ XƏBƏR - Öz məlumatlarını...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn həftədən pilot olaraq seçilmiş rayonlarda fermerlər öz məlumatlarını sistemə daxil etməyə başlayacaqlar.
"Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə gələn həftədən başlanacaq. Artıq sistemin tətbiqi ilə bağlı pilot rayonlar seçilib. Gələn həftədən Quba və Şəkidə fermerlərin məlumatlarının sistemə daxil edilməsi prosesinə start veriləcək".
Milli.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Nazirlik rəsmisi bildirib ki, fermerlər məlumatları sistemə özləri daxil etməlidir: "Pilot olaraq seçilmiş rayonlarda fermerlər üçün yeni sistemin təqdimatı keçiriləcək, qeydiyyat proseduru, funksiyalardan istifadə qaydaları izah olunacaq. Bununla bağlı maarifləndirmə prosesinə Dövlət Aqrar İnkişaf Mərkəzləri, Aqrar İnkişaf Könüllüləri, təlimçilər cəlb ediləcək. Fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra pilot olaraq seçilmiş bölgələrdə ilkin məlumat bazası formalaşdırılacaq. Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq".
V.Hüseynov əlavə edib ki, maarifləndirmə işləri Dövlət Aqrar İnkişaf Mərkəzlərində, ASAN Xidmət Mərkəzlərində, Səyyar ASAN Xidmətlərdə aparılacaq: "Quba və Şəkidə yaşayan fermerləri bu prosesdə aktiv olmağa çağırırıq. Fermerlər EKTİS-də qeydiyyatdan keçdikdən sonra mülkiyyətlərində olan, əkin apardıqları sahələrin koordinatlarını, əkdikləri məhsulu, məhsuldarlıqla bağlı proqnozu sistemə daxil etməlidir. Onlara həmçinin EKTİS-də yaratdıqları şəxsi kabinetlərində xidmət sifariş etmək, şikayət etmək funksiyaları da izah olunacaq".
O, bildirib ki, yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır: "Bu sistem fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərimizi ümumiləşdirilmiş şəkildə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur".
Yusif Nəsirli
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Venesuela 51-ci ştat elan edildi
-
Tovuzda ağır qəza - Yaralanan var
-
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi xəstəxanada öldü
-
Daha bir tiktoker həbs edildi
-
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
-
"İlanlı qız" polis tərəfindən saxlanıldı
-
Xocavənddə mina partlayıb - Xəsarət alan var
-
Paşinyan yenidən Baş nazir oldu - (Yenilənib)
-
Qalmaqallı görüntülərlə bağlı açıqlama: “Məqsədim heç kəsi alçaltmaq deyil” - (Video)
-
Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
-
“Arsenal” Vinisius üçün “Real”a fantastik məbləğ təklif etdi
-
Cənubi Koreyada rekord istilər qeydə alındı
-
Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi
-
Ayın 3-də 39 dərəcə isti olacaq - Proqnoz
-
Lerikin uzunömürlü sakini öldü
-
Nəriman Həsənzadə dəfn olundu - (Yenilənib)
-
Tofiq Məmmədov vəfat etdi
-
İran ordusu yenidən İraqın şimalını PUA-larla vurdu
-
Kartdan-karta əməliyyatlara limit qoyuldu
-
Saratovdakı neft emalı zavodu PUA hücumuna məruz qaldı
-
UEFA Canni İnfantinonun istefasını tələb edir
-
Oğlunun şəhid olduğu gün vəfat etdi
-
Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi
-
İkram Kərimov vəfat etdi





