BTR-in kabel və örtükləri oğurlanır - Nazirlik narahatdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, son zamanlar "Bakı Telefon Rabitəsi" MMC-nin (BTR) strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularına (KKQ) müdaxilə və oğurluq halları qeydə alınır. Satış və mənfəət əldə etmək məqsədi ilə BTR MMC-nin balansına daxil olan TPP tipli mis kabel və dəmir dirəklərlə yanaşı, kabel-kanal quyularının metal örtükləri də oğurlanır. Nəticədə abunəçilərə rabitə xidmətlərinin verilməsində fasilələr və kəsintilər baş verir, müəssisəyə isə maddi ziyan dəyir. Ümumilikdə törədilən oğurluq hadisələri zamanı BTR MMC-yə 40484,54 AZN dəyərində maddi ziyan dəyib.
Qurumun xidməti ərazilərində yerləşən KKQ-na gün ərzində əraziyə təhkim olunmuş texniki heyət nəzarət etdiyindən oğurluq halları, əsasən, qeyri-iş saatlarında qeydə alınır. Bu cür hallarla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilib.
Ötən ildən etibarən Sabunçu Rayon Polis İdarəsi və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsi tərəfindən qeydə alınan 80 cinayət hadisəsi üzrə 76 ədədi oğurluq, 4 ədədi oğurluğa cəhd kimi qiymətləndirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edilir ki, bu günlərdə paytaxtın Suraxanı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində daha bir kabel oğurluğu faktı aşkar edilib. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində yerləşən kabel-kanal quyusundan 220 metr kabel oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov həbs olunublar.
Pünhan Mirzə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Video)
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Video)
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın





