Gənc oğlanı metronun qarşısında niyə öldürdülər? - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:16
Bakıda "Nizami" metro stansiyası yaxınlığında gənc oğlan bıçaqlanıb.
Milli.Az bildirir ki, yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.
Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.
Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir. Onun təxminən 22-23 yaşlarında olduğu bildirilir.
----------
17:43
"Bakı Metropoliteni"nin "Nizami" stansiyası yaxınlığında Emin Şəmiyev adlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanov bildirib ki, hazırda rayon prokurorluq və polis əməkdaşları hadisə yerindədirlər.
İş üzrə polis və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu yaradılıb. Cinayətkarın müəyyələşdirilərək tutulması üçün zəruri və təxirəsalınmaz istintaq əməliyyat tədbirləri aparılır.
---------
17:38
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, şahidlər təcili yardıma zəng vurublar, əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.
Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş.
-----------
17:12
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az bildirir ki, bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər. Qətl hadisəsi metronun "Nizami" stansiyası yaxınlığında baş verib.
Naməlum şəxslər gənci bıçaqlayıblar. Gənc aldığı yaralardan hadisə yerində keçinib. Hazırda məsələ ilə bağlı araşdırma gedir.
Bakı Şəhər Prokurorluğundan verilən məlumata əsasən, qətlə yetirilən şəxs 1996-cı il təvəllüdlü Emin Asif oğlu Şəmiyevdir. Məlumata əsasən, qətl hadisəsi Salatın Əskərova 64 ünvanında qeydə alınıb. Hadisə yerinə polis idarəsinin rəisi və prokuror gəlib.
23 yaşlı gənc ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Faktla bağlı 120.1. maddəsi ilə cinayət işi qaldırılıb.
Hazırda qətli törədən şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
XƏBƏR LENTİ
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"





