Ölkə

“Silk Way” aviaşirkəti daha bir “Boeing 747” yük təyyarəsi aldı

27 Noyabr 2018 17:08
0 Şərh     Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın milli yük aviadaşıyıcısı "Silk Way"-in sərəncamına daha bir "Boeing 747-400" təyyarəsi daxil olub.

Milli.Az xəbər verir ki, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing-747" tipli təyyarədir.

Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.