O, Avropada bu sahədə ilk azərbaycanlı elmlər doktoru oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həmyerlimiz Nuridə Atəşi (Qədirova) Fransanın Lion 2 Universitetində arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Milli.Az xəbər verir ki, alimin "Mərkəzi və Cənubi Qafqazın son tunc-erkən dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: e.ə. 1300-700-cü yüzilliklər" mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən, 394 səhifədən ibarətdir. Müxtəlif ölkələrin universitet və elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq jüri tədqiqat işinə yüksək qiymət verib. Alimlər bu tədqiqatın beynəlxalq elm aləmində geniş müzakirələrə səbəb olacağını bildiriblər.
Dissertasiya işinin elmi rəhbəri Lion 2 Universitetinin professoru xanım Mişel Kazanova, jürinin digər üzvləri Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutunun professoru Erik Tiro, rəyçilər İranın Tehrandakı Tarbiət Modarne Universitetindən Hejebri Nibari, Fransa Milli Təbiət Tarixi Muzeyi və Milli Elmi-Tədqiqat Mərkəzindən doktor Marjan Maşkur, İtaliyanın KaFoskari Venesiya Universitetinin professoru Elena Rova, Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutundan dosent Suzan Dibo daxil olublar. Azərbaycandan isə elmi işin müdafiəsində AMEA-nın Naxçıvan bölməsinin professoru Vəli Baxşəliyev iştirak edərək iddiaçının tədqiqatını qiymətləndirib.
Qeyd edək ki, Nuridə Atəşi ilk dəfə olaraq Xocalı-Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət edib. O, indiyə qədər bu mədəniyyətə verilən digər adlardan - "Gəncə-Qarabağ mədəniyyəti", "Mərkəzi Cənubi Qafqaz mədəniyyəti", "Samtavro mədəniyyəti", "Lçaşen-Metsamor mədəniyyəti", "Lçaşen-Tsitelqori mədəniyyəti" kimi adlardan imtina ediib və bundan sonra elmi ədəbiyyatda əslində ona xas "Xocalı-Gədəbəy mədəniyyəti" adının işlədilməsinin daha doğru olduğunu bildirib. Azərbaycanlı alim ilk dəfə olaraq 6 ölkənin (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) muzey və arxivlərində 5 dildə (alman, ingilis, fransız, rus və Azərbaycan) tədqiqatlar aparıb, indiyə qədər lazımi qədər elmi diqqət yetirilməyən çoxlu sayda yeni kolleksiyalar, arxiv materialları aşkar edərək Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini verə bilib. O, Xocalı- Gədəbəy mədəniyyətinin Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırıb və abidələrini tədqiq edib. Tədqiqatçı, eyni zamanda muzey materiallarını tipoloji təhlil edib, kataloqunu hazırlayıb və Azərbaycan arxeologiyasına, onun inkişafına beynəlxalq səviyyədə elmi diqqət yetirilməsinə nail olub.
Zərif Nisə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım





