Ölkə

Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir - FOTO

10 Noyabr 2018 12:54
2 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranın mərkəzində, Heydər Əliyev Xatirə Parkında ikinci Çay, çəltik və sitrus festivalı keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, festival Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.

Festivalda dövlət və hökumət, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.

Pavilyonlarda və vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir.

Festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.

Bundan başqa, rayon aşpazlarının yerli düyülərdən bişirdikləri 50 növdən çox plov, məşhur ləvəngi və müxtəlif kabablar təqdim edilir.

Tədbirdə bədii özfəaliyyət kollektivlərinin rəngarəng musiqi nömrələri ifa olunub, idmançıların iştirakı ilə əyləncəli proqramlar göstərilib.

Festival axşam saatlarında Lənkəran Şəhər Mədəniyyət Mərkəzində tanınmış incəsənət ustalarının ifasında konsert və atəşfəşanlıqla başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.