Bakıda BAL kimi yarmarka - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının rəsmi açılış mərasimi olub. Yarmarka Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) keçirilir.

Milli.Az xəbər verir ki, yarmarka əslində oktyabrın 5-dən başlamalı idi. Lakin hava şəraiti ilə əlaqədar faktiki olaraq oktyabrın 7-dən fəaliyyətə başlayıb. Oktyabrın 8-də isə rəsmi açılış mərasimi təşkil edilib.
Yarmarkada keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi cavabdehlik daşıyır. Bu il ilk dəfə olaraq sahibkarlar barədə Arıçılar Assosiasiyasından da rəylər alınıb.

Yarmarkada təkcə bal deyil, arı südü, çiçək tozu, güləm kimi digər arıçılıq məhsulları da satılır.
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərovun sözlərinə görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub ki, bunun da 5 tonu çərçivə halındadır. "Yarmarkaya daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub".

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib ki, ümumilikdə regionlardan yarmarkaya 150 ton bal gətirilsə də, ondan saxta məhsullar çıxdaş ediləndən sonra satışa çıxarılacaq 120 ton məshul qalıb.
Əldə etdiyimiz məlumata görə, laborator yoxlamalar nəticəsində yarmarkaya gətirilən balın nə az-nə çox düz 30 tonunun saxta olduğu üzə çıxıb. Həmin məhsullar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə möhürlənərək saxlanca verilib və yarmarka bitənədək orada saxlanılacaq ki, möhtəkirlər onları yarmarkaya və ya bazara satışa çıxara bilməsinlər. Həmin balların sonrakı aqibəti ilə bağlı son qərarı isə Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bakıdakı yarmarkaya çıxarılan balın bir kiloqramının qiyməti isə orta hesabla 25-30 manat arasında dəyişir. Yəni növündən asılı olaraq, qiymət daha yüksək və ya aşağı ola bilər. Lakin əgər çox bal alınarsa, qiymətdə endirim edilir. Yarmarkada olduğumuz müddətdə apardığımız müşahidələr göstərdi ki, həm arıçılar yaradılmış şəraitdən və satışın səviyyəsindən, həm də alıcılar qiymətdən və məhsulların keyfiyyətindən razılıq edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Milli.Az-a bildiriblər ki, yarmarkaya oktyabrın 28-də yekun vurulacağı gözlənilir. Lakin ehtiyac yaranarsa, yarmarkanın fəaliyyəti 1-2 gün də uzadıla bilər.

KTN-dən Milli.Az-a verilən məlumata görə, hazırda Azərbaycanda 271 682 arı ailəsi var. Bunların arasında ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakən (8.581) rayonlarındadır.
Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq bal alınır. Hazırda ölkədə faktiki illik bal istehsalı 3 min ton, tələb isə 5 min tondur.
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
XƏBƏR LENTİ
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib





