Ölkə

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - VİDEO - FOTO

31 Avqust 2018 14:00
16 Şərh     Baxış: 6 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırdır.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları abidə ilə tanış olmaq üçün Fəxri Xiyabanda olublar. 

Abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib. 

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi. 
 
Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.