Ölkə

Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib - FOTO

16 Avqust 2018 11:30
2 Şərh     Baxış: 4 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Milli.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə bildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Onun sözlərinə görə, dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb: "Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir".

M.Ağayev qeyd edib ki, vəziyyətlə bağlı müvafiq tədbir görüləcək: "Məsələ Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.