Ölkə

Eyni dükandan ikinci dəfə oğurluğa cəhd edildi - FOTO

10 İyul 2018 14:51
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda naməlum şəxslər eyni dükandan növbəti dəfə oğurluq etməyə cəhd ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Axşam saatlarında naməlum şəxslər Sona Ağayevaya məxsus dükanın qapısındakı qıfılları xüsusi alətlərlə sındıraraq içəri daxil olmağa çalışıblar. Lakin qıfıllardan birini sınıdra bilməyən həmin şəxslər dükanın damındakı daşları sökməklə əməllərini həyata keçirmək istəyiblər. Onlar divardakı daşlardan ikisini çıxardıqdan sonra istifadə etdikləri alətləri də hadisə yerində qoyaraq ərazidən uzaqlaşıblar.

Dükan sahibi Sona Ağayeva deyib ki, bu dəfə naməlum şəxslərin oğurluq planı baş tutmasa da, bir müddət əvvəl baş vermiş analoji oğurluq zamanı ona 3 min manata yaxın maddi ziyan dəyib.

Fakatla bağlı polisə məlumat verilib. Cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.