Ölkə

22 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

11 İyun 2018 19:04
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

İyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən iki gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.