"Məhəbbət yağışı", "Hicran yarası" adlı şeirlər kitabının, yüzdən çox mahnı sözlərinin, böyük şairimiz Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilən "Cavid Əfəndi" adlı ədəbi-bədii kompozisiya müəllifi olan Rəna Mirzəyevanın "Sevgi limanı" adlı yeni kitabının növbəti imza günü 4 may 2018- ci ildə Park Bulvarda baş tutacaq.
Qeyd edək ki, Rəna Mirzəyeva 2017-ci ildə Dədə Qorqud Milli Fondunun təsisi etdiyi "Dədə Qorqud" mükafatı və "Mehriban ana" ordeni ilə təltif olunmuşdur.
2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Milli.Az