"Sevgi limanı" kitabının imza günü olacaq

1 May 2018 16:40

"Məhəbbət yağışı", "Hicran yarası" adlı şeirlər kitabının, yüzdən çox mahnı sözlərinin, böyük şairimiz Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilən "Cavid Əfəndi" adlı ədəbi-bədii kompozisiya müəllifi olan Rəna Mirzəyevanın "Sevgi limanı" adlı yeni kitabının  növbəti imza günü 4 may 2018- ci ildə Park Bulvarda baş tutacaq.

Qeyd edək ki, Rəna Mirzəyeva 2017-ci ildə Dədə Qorqud Milli Fondunun təsisi etdiyi "Dədə Qorqud" mükafatı və "Mehriban ana" ordeni ilə təltif olunmuşdur. 

2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Milli.Az