Ölkə

“Instagram” da bu funksiyanı aktivləşdirdi

25 Aprel 2018 20:48
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Instagram" servisinin komandası "Facebook" sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" ("Download Your Information") funksiyasının analoqunu təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu alət "Instagram"a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

Hazırda "Data Download" funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.