Ölkə

Qadın sürücü avtomobili aşırdı: ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

25 Aprel 2018 12:16
0 Şərh     Baxış: 3 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:16

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən qadının adı məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Cəfərova Alidə Alxan qızıdır. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.

----------
11:26

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adı məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, yaralılar - avtomobilin sürücüsü Yevlax şəhər sakini, 1965-ci il təvəllüdlü Faidə Elxan qızı Məmmədova, sərnişinlər - Qaradağ rayonunun Çaylı qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ağamalıyev Yüsif Ehsan oğlu, Yevlax şəhər sakini, Ağamalıyev Emil Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ölən şəxs sürücünün bacısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

----------
10:40

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir. 

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobilin hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər isə yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.