Ramiz Mehdiyev komitənin yeni sədrini təqdim edib - Nöqsanlara yol verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib.
Komitədən Milli.Az-a verilən məlumata görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, Prezident İlham Əliyev Fuad Muradovu qəbul edərək ona konkret tapşırıqlarını verib. O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.
Daha sonra Dövlət Komitəsi barədə danışan R.Mehdyev qurumun fəaliyyətini tənqid edib, nöqsanlara yol verildiyini vurğulayıb. O, indiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad Muradov kimya elmləri üzrə fəlsəfə doktorudur.
Son təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışan Fuad Muradov Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvü, Azərbaycanın "Avronest"dəki nümayəndə heyətinin rəhbəri olub.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
XƏBƏR LENTİ
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)





